Evli olmadığı halda cinsi əlaqədə olan cütlüyü cəzalandırıblar.

Unikal.org xarici mətbuata istinadn xəbər verir ki, hadisə ölkənin İndoneziyanın əyaləti Açexidə baş verib. Açexi ölkənin islam-əxlaq polisi olan, şəriət qaydaları ilə idarə olunan yeganə əyalətidir.

Gəncləri cəzalandırmaq üçün hər kəsin gözü qarşısında onların üzərlərinə kanalizasiya suyu töküblər.

Gən kişi Şəhər Planlaması və Regional İnkişaf üzrə şuranın rəhbəridir. Qadın isə onun işçisidir. O tez-tez həmin qadının evinə gedirmiş.

Onların bu münasibətindən qəzəblənən qonşular onları sorğu-sual edib. Cəzalanan cütlük isə dini nikah haqda şəhadətnamə göstəriblər.

Nikah şəadətnaməsinin saxta olub-olmaması yoxlanılır. Əgər sənəd saxta olarsa, hər ikisini ictimaiyyət qarşısında şallaqlanma gözləyir.