Milli dəyərləri daim diqqətində saxlayan mobil operator "Nar 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili və günü münasibətilə abunəçilərinə 1 GB internet bonus qazanmaq imkanı yaradır.

Unikal.org xəbər verir ki, "Nar abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak edərək həm ana dili biliklərini sınaya, həm də qalib gələrək "Nardan internet bonusları qazana bilər.

"Narın sosial şəbəkə hesablarında paylaşılan müsabiqədə iştirak etmək üçün mobil operatorun abunəçisi olmaq şərt deyil. Müsabiqə hər kəs üçün açıqdır. Lakin "Nar abunəçiləri müsabiqənin qalibi olduğu təqdirdə ilk 20 qalibə 1 GB, sonrakı qaliblərin hər birinə isə 100 MB mobil internet hədiyyə edilir.

Bonusu əldə etmək üçün müsabiqənin sonunda iştirakçı "Nar nömrəsini qeyd etməlidir. Müsabiqədə bu keçid vasitəsilə iştirak edə bilərsiniz:

https://www.nar.az/language-day.html?utm_source=facebook&utm_medium=social&utm_campaign=language_day

Müsabiqə avqustun 2-sində bitir.

Qeyd edək ki, "Nar uşaqlar üçün Azərbaycan nağılları resursu yaradıb. 60 Azərbaycan xalq nağılı səsləndirilərək "YouTube platformasında (bax.nar.az/nagil) yerləşdirilib və CD-lərə köçürülüb. Uşaqları müdafiə günü münasibətilə yaradılmış bu resurs xüsusilə valideynlər tərəfindən minnətdarlıqla qarşılanıb.