Erməni əsilli məşhur amerikalı qumarbaz-milyoner, "poker kralı kimi tanınan Den Bilzeryan bu gün Azərbaycanın işğal altındakı ərazilərinə gəlib.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Den Bilzeryanın Dağlıq Qarabağda "irimiqyaslı proqram həyata keçirmək niyyətində olduğu bildirilir.

Hələlik Bilzeryanın həyata keçirəcəyi proqamın hansı istiqamətə yönələcəyi məlum deyil, amma istisna deyil ki, erməni milyoner səfər zamanı qoşunların təmas xəttinə də baş çəkəcək. Sayt bildirir ki, D.Bilzeryanın səfəri Dağlıq Qarabağın "hərbi-siyasi rəhbərliyi səviyyəsində həll edilib.

Den Bilzeryan "Viktory Poker poker-rumunun əsasını qoyanlardan biridir, onun sərvəti 235 milyon dollara çatır, bəzi məlumatlara görə daha çoxdur. Erməni qumarbazın bu pulları zəngin iş adamlarından udduğu təxmin edilir, lakin ona atasından da xeyli sərvət qalıb.