Antaliyada litsey şagirdlərinin qaldığı yataqxanada elektrik süpürgəsinə ayağı ilişib pilləkəndən yıxılan və aparıldığı xəstəxanada dünayasını dəyişən 14 yaşlı uşağın ölümünün əsil səbəbi bəlli olub.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ekspertiza zamanı məlum olub ki, uşaq döylüb. Onu döyən də həmin litseydə oxuyur.

Uşağın anası səlahiyyətli şəxslərə məsələnin araşdırlması, cəza verilməsi üçün xahiş edib.

Hadisə Alaniyanın Konaklı məhəlləsində baş verib. İddi görə, 1-ci sinif şagirdi İsmayıl Kerem Topal (14), onunla eyni yaşda olan M.E.U. adlı oğlanla dalaşıb. Daha sonra o müavizinətini itirib və pilləkənlərdən yıxılıb.

Başı beton yerə dəyən Topal ağır yaralanıb. Uşaq xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Jandarma heyəti İsmail Kerem Topalın ölümündən əvvəl mübahisə etdiyi M.E.U.-nu polis bölməsinə aparıb. M.E.U prokurorun bəyanatından sonra sərbəst buraxılıb.