Efiopiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.

Unikal.org-un məlumatına görə, ölkənin Müdafiə Nazirliyinə məxsus helikopter Şərqi Şevada qəzaya uğrayıb.
Helikopterin bortundakı 18 nəfərin 15-i hərbçi, 3-ü mülki şəxs olub. Qəza nəticəsində bütün heyət həlak olub.
Hazırda qəzanın səbəbləri araşdırılır.