1 il əvvəl ABŞ-da işə salınmış və "YouTubea rəqib olan "Facebook"un video platforması bütün istifadəçilərə əlçatan olub.

Unikal.org  ICTnews-a istinadən xəbər verir ki, bu gündən etibarən Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiya vətəndaşları da yeni xidmətdən istifadə etməyə başlayıblar.

Gələn ay isə Argentina, Belçika, Boliviya, Çili, Kolumbiya, Danimarka, Dominikan Respublikası, Ekvador, Salvador, Fransa, Almaniya, Qvatemala, Honduras, Meksika, Niderland, Norveç, Peru, Portuqaliya, İsveçə və Tailandda da aktivləşəcək.

İlin sonuna qədər isə bütün ölkələrdə də əlçatan olacağı gözlənilir.

Qeyd edək ki, "Watch ABŞ-da ötən il avqustun 10-da istifadəyə verilib. 2018-ci ilin əvvəlindən etibarən bu platformada videolara ümumi baxış vaxtı 14 dəfə yüksəlib. Hazırda xidmətin aylıq auditoriyası 50 milyondan çoxdur.