ABŞ-ın Massaçusets ştatında tibb işçisi kimi çalışan iki uşaq anası Mevis Uonçik rekord cekpotunu udub.

Unikal.org xəbər verir ki, "Powerball lotereyasının 758 mln. dollar məbləğində pul udan 53 yaşlı Mevis Uonçik həyatda planlarını dəyişdiyini və çalışdığı xəstəxananın rəhbərliyinə işə qayıtmaq istəmədiyini söyləyib. 

Məlumata görə, uduşu birdəfəlik götürmək niyyətində olan M.Uonçik vergilər tutulduqdan sonra 480 mln. dollar əldə edəcək.