İş adamı kimi tanınan Arzuman Abdulkərimov Azərbaycan Kikboks Federasiyasının vitse-prezident postundan uzaqlaşdırıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, A.Abdulkərimov AKF-nin prezidenti, millət vəkili Adil Əliyev tərəfindən 2016-cı ilin oktyabrın 14-də bu posta təyin olunsa da, ümidləri doğrulda bilməyib. O, qurumun inkişafında hansısa bir dəstək olmadığı üçün rəsmi olaraq tutduğu postdan uzaqlaşdırılıb. Bildirilir ki, iş adamının federasiyada vəzifəyə sahib olmasınının səbəbi özünü reklam etmək istəyi olub. Bu da qurum rəhbərliyinin xoşuna gəlməyib.
Məsələ ilə bağlı dünya çempionu, AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov Unikal.org-a açıqlamasında Arzuman Abdulkərimovun artıq onlarla çalışmadığını bildirib:
"Bir neçə aya yaxındır ki, Arzuman Abdulkərimov bizimlə çalışmır. Artıq rəsmi olaraq bizim federasiyada vitse-prezident deyil.
Orxan Həsənli