"Çelsinin futbolçusu Sesk Fabreqas gələcək karyerası haqda danışıb.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Çelsidə qalmaq istədiyini deyib:

"Düzünü desəm, klub yeni müqavilə təklif etməyib. "Çelsi ilə hələ 8 aylıq müqaviləm var. Burda qalmaq istəyirəm. 4,5 ildir burdayam. Azarkeşlər və futbolçular arasında çox yaxşı münasibət var. Komandaya faydalı olacağımı düşünürəm. Yenə də, son qərarı rəhbərlik özü verəcək.

Fabreqas "Çelsiyə 2014-cü ildə "Barselonadan transfer olunub.