Meksikalı bir gənc özünü "Yuventus klubunun futbolçusu kimi göstərərək, Argentina və Meksika mətbuatını aldadıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəzetlərdə xəbərləri çıxan, imza günləri təşkil edib reportajlar verən 19 yaşlı Dionisio Farid Rodriqez özünü "Yuventusun futbolçusu kimi qələmə verib. "Qoca sinyoranın formasıyla fərqli məkanlarda şəkillər çəkdirən Rodriqez, bununla da kifayətlənməyib, "Yuventusun portuqaliyalı futbolçusu Joao Serraonun şəkillərini dəyişdirərək, öz şəkli kimi təqdim edib.

Bundan başqa, saxtakar "futbolçu" montaj olunmuş video da hazırlayıb, sosial şəbəkələrdə paylaşıb.

"Yuventus apardığı araşdırmadan sonra meksikalı gəncin saxta karyerasının fərqinə varıb və onu transfer etmək istəyən "Pumas klubuna öz xəbərdarlığını edib. İfşa olunan Rodriqez 16 min izləyicisi olan "instagram hesabını bağlayıb və yoxa çıxıb.