Noyabrın 3-də Türkiyənin Adana şəhərində "A STAR" döyüş gecəsində Azərbaycanı 3 idmançımız təmsil edəcək.
Unikal.org xəbər verir ki, idmançılar Muay-Thai üzrə Azərbaycan yığma komandasının və "Raiq muay-tay klubunun üzvləridir.
Klubun məşqçisi Şəhriyar İsayevin rəhbərliyi altında çalışan Qəniyev Mirfaiq 60 kq, Hümbətov Məhəbbət 70 kq və Rəhmətullayev Namik 75 kq çəki dərəcəsində bizi təmsil edəcək.