Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Unikal.org-a verilən məlumata görə, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.

Qeyd olunub ki, sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.