"Kasımpaşanın baş məşqçisi Mustafa Dənizli Arda Turan haqqında açıqlama verib.
Unikal.org xəbər verir ki, Dənizli Türkiyə mətbuatına açıqlamasında bunları deyib:
"Ardanın özünə də demişəm, o, heç Türkiyəyə tətil üçün də gəlməsin. O, türk futbolunun bir dəyəridir. Türkiyəyə gəlməməli idi. Cenk Tosun da gəlməsin. Karyerasında geriləsə belə, bura qayıtmasın.
Mustafa Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəranın "sükanı arxasında" olub.
Müqavilə ilə "Barselona"ya məxsus olan Arda, icarə əsasında "Başakşəhər" forması geyinir.