"Qarabağ" klubuna "Səbail"lə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçı ilə əlaqədar texniki məğlubiyyət verilə bilər
Unikal.org-un məlumatına görə, buna səbəb Ağdam komandasının oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunmuş oyunöncəsi heyətlərdə Abbas Hüseynovun adı göstərilməyib. Lakin baş məşqçi Qurban Qurbanov Hüseynovu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb.
Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.