Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Unikal.org-a verilən məlumata görə, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Onlardan daha biri - Məhəmməd Məmmədli yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsinə qoşulub və tarixi uğura imza atıb.
Atletimiz birdən qaldırma hərəkətində 121 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb.
Məhəmməd təkanla qaldırma hərəkətində 150 kq-ı qaldıraraq bu hərəkətdə qızıl medal əldə edib.
Məhəmməd Məmmədli toplam 271 kq (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.