Ötən il Ucar rayonunun Qaradağlı kəndində başqasına qoşularaq qaçan iki uşaq anası yenidən ailəsinə qayıdıb.
Unikal.org xəbər verir ki, bu barədə A24.az-a kənd sakinləri məlumat verib. Məlumatda bildirilir ki, iki azyaşlı uşağını atıb, başqa kişiyə qoşularaq qaçan kənd sakini, 1991-ci il təvəllüdlü Çinarə Ağayeva əri və onun ailəsi ilə barışıb.
Məlumata görə, qoşulub qaçdığı kişi ilə bir neçə ay yaşayan Ç.Ağayeva hazırda Qaradağlı kəndində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ayaz Ağayevlə birlikdə yaşayır.
"Çox xoşbəxt ailədirlər. Qız başqa kişiyə qoşularaq qaçdı. Bir neçə aydan sonra isə qayıdıb evlərinə gəldi. Yoldaşı da onu qəbul etdi. İndi heç nə olmamış kimi yaşayırlar. İki uşaqları var. Övladları da məktəbə gedir. O gündən sonra ailələrində heç bir problem yaşanmayıb. Ayaz da fəhlə işləyir. Başlarını aşağı salıb dolanırlar, - deyə kənd sakinləri bildiriblər.
Xatırladaq ki, Ç.Ağayeva ailə qurandan sonra tanış olduğu başqa kişi ilə bir müddət sevgi münasibətində olduqdan sonra 2017-ci ilin iyulunda iki azyaşlı övladını və həyat yoldaşını ataraq ona qoşulub qaçmışdı.