Sosial şəbəkələrdə Moskvanın cənubunda məktəblilərin amansız davasının görüntüləri yayılıb.
Unikal.org-un xəbərinə görə, həmyaşıdları yeniyetməni döyərək videoya çəkiblər.
Bildirilir ki, insident Çertanovo rayonunda "Kolambus ticarət mərkəzinin yaxınlığında baş verib. Davaya səbəb sosial şəbəkədə yazışma olub.
Rusiya hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.