Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

"Unikal"ın yerli bürosunun məlumatına görə, rayonun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı  N.Nuruyev, 29 yaşlı  M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.

*** 22:11

Kəlbəcərdə mina partlayışı baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Kəlbəcər rayonunun ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayonun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E.Tanrıverdiyev rayon ərazisində minaya düşüb və 39 yaşlı kişi xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti normaldır.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib. E.Tanrıverdiyevin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov