Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ - "Vorskla (Ukrayna) ilə qarşılaşıb.
Unikal.org xəbər verir ki, oyun Bakı Olimpiya Stadionunda keçirilib. Matçın ilk hissəsi qolsuz başa çatıb.İkinci hissəyə isə qonaqlar fəal başlayıb. Oyunun 48-ci dəqiqəsində "Vorlska"nın oyunçusu Vladislav Kulaç hesabı açıb: 1 - 0
Meydan sahibləri bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.