Bu gün səhər saatlarında Xətai rayonu, Zığ dairəsində yol qəzası baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə dairənin Naxçıvani küçəsinə dönən hissəsində qeydə alınıb.

21 AC 158 dövlət nömrə nişanlı yük avtomobili Zığ dairəsində idarəetməni itirərək aşıb. Hadisəyə yüksək sürət səbəb olduğu ehtimal edilir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Yük avtomobilinin aşmasından sonra yolda tıxac yaranıb.