Paytaxtın Nizami rayonunun Babək prospektində "Ford markalı avtomobillə piyada vurulub.

DİN-dən Unikal.org-a verilən məlumata görə, oktyabrın 25-də saat 13 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Atakişi Alıyev idarə etdiyi "Ford markalı avtomobillə yolu keçən paytaxt sakini Tural Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.