UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, III turun matçlarından sonra bu ada bosniya və herseqovinalı Edin Ceko layiq görülüb.
Təcrübəli forvard azarkeşlərin səsverməsinə əsasən misirli Məhəmməd Salah ("Liverpul, İngiltərə), ispaniyalı David Silva ("Mançester Siti, İngiltərə) və mərakeşli Aşraf Hakimini ("Borussiya Dortmund, Almaniya) geridə qoyub.
Qeyd edək ki, Edin Ceko Çempionlar Liqasının III turunda evdə Rusiyanın MOİK (Moskva) komandasını 3:0 hesabı ilə məğlub etdikləri matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.