Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə oktyabrın 21-də axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobilyolunun 126-cı kilometrliyində qeydə alınıb.
Zaqatala rayonunun Muğanlı kənd sakini, 1943-cü il təvəllüdlü Məryəm İslam qızı Əhmədova rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən Əliabad qəsəbəsinin sakini Tofiq Saleh oğlu Əhmədovun idarə etdiyi "Opel Vectra markalı, 10 UT 450 dövlət qeydiyyatı nişanlı minik avtomobili tərəfindən vurulub. Yaralıağır qapalı kəllə-beyin travması ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərinin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.