Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü yerli sakin Talıbov Tural Zakir oğlunu avtomobil vurub.
Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Ağstafada yaşlı kişini avtomobil vurub.