Türkiyədə Hatay bölgəsində TIR sürücüsü həm özünün, həm də kənardakıların həyatını təhlükəyə atıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İskenderun-Antakya yolunda reyd keçirən yol polisi əməkdaşları gördükləri mənzərə qarşısında şoka düşüb. Mersin ərazisində qəza törədən TIR-ın sürücüsü Mehmet Mahsun Ayaz Hataya qədər şüşəsi qırılmış şəkildə gedib. Həmin qırılmış pəncərə kartonla bağlanılıb.

Yolda dəhşət saçan TIR sürücüsü Mehmet Mahmud Ayaza cəza verilib və  yük maşınının isə idarəsinə qadağa qoyuldu.