Almaniya Kansleri Angela Merkel Xristian Demokrat İttifaqının dekabrda keçiriləcək qurultayında partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bildirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bunu oktyabrın 29-da partiyasının rəhbərliyi ilə görüşdə deyib.

Qeyd edək ki, Angela Merkel Xristian Demokrat İttifaqına 18 ildir rəhbərlik edir. Parlament seçkilərindən sonra Hessedə yerli seçkilərdə məğlub olub.