Türkiyənin Osmaniye vilayətinin Kadirli mahalında dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən  xəbər verir ki, 30 yaşlı Emrah A. adlı şəxs 13 yaşlı baldızına təcavüz edib. 

Belə ki, azyaşlı qızı telefon alacağı vədi ilə evlərinə çağırıb.

Daha sonra Emra.A azyaşlı qızı Sumbas mahalında meşəlik əraziyə apararaq təcavüz edib. Bundan sonra isə qızın əlləri-ayaqlarını iplə bağlayıb avtomobilin yük hissəsinə qoyub və başqa bir kəndə yollanıb. 

O burada da qıza təcavüz edib. 30 yaşlı təcavüzkar qızla birlikdə kəndə qayıdarkən həyat yoldaşının polisə şikayəti ilə saxlanılıb. Azyaşlı qız səhhətinə görə həkim müayinəsindən keçib. 

Barəsində həbs qərarı verilən Emrah A. Osmaniye  həbsxanaya göndərilib.