Tunis şəhərinin mərkəzində güclü partrlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Həbib Bürgibə prospektində, bələdiyyə teatrının qarşısında qeydə alınıb

İlkin məlumata görə, xanım intiharçı-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 1 polis ölüb, 9 polis və 1 mülki şəxs də yaralanıb.

Terrorçuların hədəfinin polis patrulu olduğu bildirilir.