Türkiyənin keçmiş Baş naziri, mərhum Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan yeni siyasi partiya quracağını açıqlayıb.

Unikal.org "Mynetə istinadən xəbər verir ki, o, bu barədə oktyabrın 29-da Respublika günü münasibətilə"Twitter səhifəsində yazıb.

F.Ərbakan"Yenidən böyük Türkiyə, yeni bir dünya hədəflərinə çatmaq məqsədilə 2018-ci il noyabrın 23-də yeni siyasi partiyanın quruluşunu bəyan edəcəklərini bildirib.

Qeyd edək ki, Nəcməddin Ərbakan 1996-1997-ci illərdə Türkiyənin 33-cü Baş naziri olub. O, 1926-cı il oktyabrın 29-da Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub Məhmət Səid Ərbakanın ailəsində dünyaya gəlib. 2011-ci il fevralın 27-də Türkiyədə vəfat edib.