Dünyanın ən etibarlı avtomobilləri açıqlanıb.

Unikal.org xəbər verir ki, Yaponiyanın "Lexus avtomobil markası Amerikanın "Consumer Reports jurnalının qiymətləndirmələrinə görə dünyanın ən etibarlı avtomobili hesab edilib. O, ötən ilki reytinqə başçılıq edən "Toyotanı qabaqlayıb. Bu markanın ən etibarlı avtomobili "Lexus GS olub.

Bununla bağlı jurnalın saytında məlumat yerləşdirilib.

Siyahıda üçüncü yeri "Mazda avtomobilləri tutub. Dördüncü yerdə "Subaru, 5-ci yerdə isə "Kia avtomobilləri qərarlaşıb. "Kia ötən ilə nisbətən 2 pillə geriləyib.

Altıncı yeri "İnfiniti avtomobili tutub. Avropanın ən yaxşı brendi "Audi bu siyahıda 7-ci olub. Siyahıda BMW avtomobilləri 8-ci, Britaniyanın "Mini avtomobili 9-cu yerdə qərarlaşıb. İlk onluğu "Hyundai qapayıb.