DYP-nin keçirdiyi son reyddə sərxoş halda saxlanılan sürücülərdən biri məmur övladıdır.
Unikal.org BakuPost-a istinadən xəbər verir ki, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.
Əldə etdiyimiz məlumata görə, Fərhad Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur. Atasının yaxın çevrəsi vasitəsilə oğlu barədə xəbərin yayılmasının qarşısını almağa çalışdığı, lakin buna nail ola bilmədiyi deyilir. DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib.
Qeyd edək ki, F.Hacıyevin idarə etdiyi avtomobilin qiyməti 300 min manat civarındadır.