Tovuz rayonunda avtomobil dərəyə düşüb, yaralılar var.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Kirən kəndi ərazisində baş verib.

Belə ki, "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə bir neçə nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.