"Barselonanın sabiq futbolçusu Ronaldinyo ciddi problemlə üzləşib.
Unikal.org xəbər verir ki, məhkəmə Ronaldinyonun pasportuna həbs tətbiq edib. Bu qərar futbolçunun ödəyə bilmədiyi borca görə verilib.
2015-ci ildə məhkəmə Ronaldinyonu, qadağan olunmuş ərazidə anbar və balıqçılıq platforması tikərkən ekologiyaya vurduğu zərərə görə, 2,2 milyon avro cərimə edib. Ancaq o, bu müddət ərzində cəriməni ödəməyib. Bunu nəzərə alan məhkəmə, onu pasportdan məhrum edib.
Ronaldinyo karyerasını 2015-ci ildə "Fluminensedə bitirib.