İspaniyada saxta bank kartları hazırlayan cinayətkar qruplaşma zərərsizləşdirilib.
Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, məlumatı İspaniya Milli Polisi yayıb.
Onların başçısı keçmiş məhbus, həmçinin 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktını maliyyələşdirənlərdən olub.
Qruplaşmanın 19 üzvü Madriddə tutulub.
Qruplaşma bankomatlardan və ticarət məntəqələrindən 5 milyon avro oğurlamağa cəhd göstərsə də, 500 min avro oğurlaya biliblər. Qruplaşma lideri və üzvlərinin qaldıqları yerdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində İspaniya və xarici bankların 20 min saxta kartı aşkar edilib.