Almaniyanın Hessen federal torpağı Konstitusiyadan ölüm hökmü cəzasını çıxaran qanun qəbul edib.

Unikal.org  BBC-yə istinadən xəbər verir ki,  ölüm cəzası bütün Almaniya ərazisində tamamilə qadağan edilib.

Qeyd edək ki, ölüm hökmü cəzasının 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyasından çıxarılmasına baxmayaraq, bu regionun qanunlarında qalırdı.

Bu gün Avropa İttifaqının heç bir ölkəsində ölüm cəzası tətbiq edilmir.