Gədəbəy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun 1968-ci il təvəllüdlü Köhnə Qışlaq kənd sakini Hüseynov Akif Fərhad oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Nəticədə sürücü və onun maşında olan 1975-ci il təvəllüdlü qardaşı Hüseynov Rakif Fərhad oğlu müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.