"İdman federasiyalarına dövlət büdcəsindən daha çox vəsait ayrılmalıdır".
Unikal.org xəbər verir ki, bunu parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda, 81 idman federasiyası fəaliyyət göstərir:
"Bizə Azərbaycanda fəaliyyət göstərən federasiyalardan çoxlu müraciətlər daxil olur. Həmin federasiyalar dövlət tərəfindən maliyyələşdirilməsini, həmçinin, ayrılan vəsaitlərin artırılması xahiş edirlər. Azərbaycanda 81 idman federasiyası fəaliyyət göstərir. Onlardan 30-u olimpiya, 51-i isə qeyri-olimpiya yönümlüdür. Ona görə də hesab edirik ki, idman federasiyalarına dövlət büdcəsindən daha çox vəsait nəzərdə tutulmasına ciddi ehtiyac var.