Ermənistan hökumətinin binası qarşısında bir qrup gənc alim etiraz aksiyası keçirib.
Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, "Biz də varıq şüarını qaldıran etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasından narazılıq ifadə ediblər.
Bununla yanaşı, Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzi binasının başqa şəxsə verilməsinə cəhd göstərildiyi, bunun "pis nümunə ola biləcəyi vurğulanıb. Həmin elmi mərkəzin əməkdaşları noyabrın 8-də də İrəvanda etiraz aksiyasına toplaşmışdılar.
Etirazçılar bu gün öz təkliflərini yazılı surətdə Elm və Təhsil Nazirliyinə təqdim etmək niyyətindədirlər.