Yaponiyada 5,0 bal gücündə zəlzələ olub.

Unikal.org-un məlumatına görə hadisə ölkənin İbaraki prefekturasında baş verib. Zəlzələ ocağının dərinliyi 50 kilometr təşkil edib.

Dağıntılar və xəsarət alanlar yoxdur. Ölkədə sunami təhlükəsi elan olunmayıb.