İspaniyanın Milli Fond Birjası Komissiyası (CNMV) şirkət məlumatlarından istifadə edərək səhmlərini satan xarici işlər naziri Jozef Borrelli 30 min avro cərimələyib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Borrell dələduzluq yolu ilə qazancı nazir olmazdan əvvəl - 2015-ci ildə əldə edib. Komissiya qərarına əsasən, Jozef Borrell "Abengoa şirkətinə aid səhmlərini 9 min 30 avroya satıb. O, bu satışı şirkətin gizli məlumatlarından istifadə edərək gerçəkləşdirib.

İspaniyanın enerji şirkəti olan "Abengoa 2015-ci il noyabrın sonunda 6 milyard 300 milyon avro borcla ləğvetmə müddəti başlatdığını açıqlamışdı. Həmin ərəfədə səhmləri 60%-dən çox dəyər itirən şirkət müflisləşmənin qarşısını almaq üçün yatırımlarının 90%-ni bank və fondlara köçürmə yolu ilə yenidən maliyyələşmyə start vermişd