Moskva Dövlət Universitetinin alimlər qrupu və "HautAI OU texnologiya startapı tərəfindən birgə hazırlanmış "PhotoAgeClock süni intellekti insanın gözlərinə görə onun yaşını müəyyənləşdirəcək.

Unikal.org xəbər verir ki, alimlərin sözlərinə görə, neyron şəbəkəsi gözlərin ətrafındakı sahəni təhlil edərək insanın yaşını daha dəqiq müəyyənləşdirəcək.

"PhotoAgeClock süni intellekti 8414 insan şəkli üzərində öyrədilib. Bundan sonra süni intellekt başqa şəkillər üzərində sınaqdan keçirilib və insanların yaşını 2,3 yaş dəqiqliyi ilə müəyyənləşdirib.