Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Bu haqda Unikal.org-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi, 5 ədəd bağlmada qablaşdırılan, xalis çəkisi 4995,0 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.