Şamaxı sakini dəm qazından boğularaq ölüb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə Şamaxı şəhəri, Nərimanov küçəsi, 89 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1975-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələsgər oğlu yaşadığı evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalar aparılır.