İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, rayon sakini, 1997-ci il təvəllüdlü Səmədova Səadət Şəhadət qızı dayısının evində özünü asaraq həyatına son qoyub.
Bildirilir ki, 21 yaşlı qız ailəsi ilə birgə Sumqayıtda kirayə yaşayıb.

O, bir neçə gün əvvəl İsmayıllıya yaşadığı evə qayıdıb. Dünən isə dayısıgildə qonaq olarkən gənc qız özünü asaraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.