Qış fasiləsində "Sumqayıt"dan ayrılan ilk futbolçu müəyyənləşib.
Unikal.org xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Orxan Əliyevlə vidalaşıb. 23 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, təxminən 2 ay öncə transfer olunan Orxanın "Sumqayıt"la sözləşməsi mövsümün sonuna qədər idi.