Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası tərəfindən İlin yekunu ilə bağlı tədbir keçirilib. Tədbirdə ilk olraq federasiyanın prezidenti Azər Həsənsoy çıxış edib.
Unikal.org xəbər verir ki, qurum rəhbəri ölkə başçısının idmana və idmançılara verilən dəyərdən danışıb. A.Həsənsoy həmçinin onların tabeliyində olan qurumların bu ilki uğurlu çıxışlarından və qaanılan medallardan söhbət açıb.
Tədbir rəsmi və bədii olmaqla iki hissədən ibarət keçirilib. Rəsmi hissədə idmançılar və digər şəxslərə mükafatlar təqdim edilib.
Azərbaycan Mautay Federasiyasının vitse-prezidenti, kikboks üzrə 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev də tədbirdə çıxış edərək Azər Həsənsoyun ölkə idmanına verdiyi tövsiyələrdən danışıb və onun işini yüksək qiymətləndirib:
“Azərbayanda kikboksun yaradılması məhz Azər Həsənsoyun adı ilə bağlıdır. Onun sayəsində bir çox idman növləri inkişaf edib. Hətta taekvondonu da Azərbaycana Azər müəllim gətirib. Bir çox döyüş növlərinin yaradılması məhz onun adı ilə bağlıdır”.
Daha sonra mükafatlandırma davam edib. Idmançı və məşqçilərdən sonra jurnlistlərə də fəxri fərmanlar təqdim olunub. Mükafatlandırılanlar arasında unikal.org-un müxbiri Aygün İlqarqızı da olub.
Tədbirin II hissəsi isə musiqili əyləncəli proqram şəklində davam edib.