Şəmkirdə yanğın faktı qeydə alınıb. Unikal.org FHN-dən verilən məlumata görə, rayonun Muxtariyyat kəndində ümumi sahəsi 40 m² olan qazanxananın yanar konstruksiyaları, içərisində tutumu 1 ton olan 2 ədəd mazutla dolu çəllək və ümumi sahəsi 400 m² olan istixananın polietilen üzlüyü 40 m² sahədə yanıb. Məlumata görə, istixananın qalan hissəsi və yaxınlıqda tutumu 10 ton olan mazut çəni yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.