Azərbaycanda oğul bibisi oğlu ilə birlikdə atasını döyüb.

Unikal.org  a24.az-a istinadən xəbər verir ki, hadisə Yevlax rayonunun Qaraməmmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1934-cü il təvəllüdlü Qarayev Sarış Qaçay oğlu 1978-ci il təvəllüdlü Qarayev Zaur Sarış oğlu tərəfindən döyülüb.

S.Qarayev bildirib ki, oğlu onu bacısı oğlu ilə birlikdə döyüb. Daha sonra bel nahiyəsindən xəsarət alan yaşlı kişini xəstəxanaya aparmaq adı ilə ruhi-əsəb dispanserinə yerləşdiriblər.

84 yaşlı kişinin sözlərinə görə, oğlu onun adına olan bütün əmlakları özəlləşdirib. Həmçinin, onun təqaüd kartını da əlindən alıb.

“Oğlum məni evimdən də çıxarıb. Məni öldürmək istəyirlər. Mənim bütün mülklərimi əlimdən alıb və mənə hədə-qorxu gələrək məni yaşamağa qoymur” – deyə, o, bildirib. S.Qarayev bununla bağlı müvafiq qurumlardan kömək istədiyini qeyd edib.