Ötən gün Azərbaycanda yüksək vəzifəli məmur intihar edib.
Unikal.org-un məlumatına görə dekabrın 30-da saat 11:15 radələrində Naxçıvan Gömrük Komitəsinin sədr müavini, gömrük polkovniki Mirməhəmməd Seyidov özünü güllələyib. M. Seyidov Şərur rayonunun mərkəzində xidməti maşını saxlatdırıb və avtomobili tərk edərək odlu silahdan özünə atəş açaraq intihar edib.
Qeyd edək ki,M. Seyidov Binəqədinin keçmiş prokuroru Mirələkbər Seyidovun qardaşıdır.
Unikal.org-a açıqlama verən Mirələkbər Seyidov qardaşının intihar etdiyini və bu gün Bakıda "Sədərək" qəbirsanlığında dəfn olunacağını bildirib.