Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Təzə Şilyan kəndi ərazisində qeydə alınıb.

Xaçmaz rayon sakini Füzuli Fətəliyev idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Cəlal Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə “Opel”dəki sərnişinlərdən Sürəyya Məmmədova və Vahid Seyidov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.